Federasiya kubokunda yeniliklər

İngiltərə Federasiya kubokunda yeni qaydalar qəbul edilib.

 

Sportal.az xəbər verir ki, turnirin cavab qarşılaşmaları baş tutmayacaq. Əgər ilk oyunun 90 dəqiqəsində qalib müəyyənləşməsə, qalib penaltilərdə bəlli olacaq.

 

Turnirin ilk mərhələsinin oyunları sentyabrın 1-də keçiriləcək. Final isə 2021-ci ilin mayın 21-də "Uembli"də reallaşacaq.

 

Bundan əlavə, koronavirusa görə, turnirdə iştirak edəcək klubların mükafatları azaldılıb. Koronavirus pandemiyasının təsirinə görə, yeni mövsüm titulu qazanacaq kluba 1,8 milyon funt-sterlinq ödəniləcək. Ötən mövsüm bu rəqəm 3,6 milyon idi.

 

Federasiya kubokunun son qalibi finalda "Çelsi"ni məğlub edən "Arsenal"dır.

Tarix: 13 Avqust 2020 / 16:59
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Sentyabr 2020
26  DekabrSentyabr 2017