"Sauthempton"da qanalı futbolçu

İngiltərənin "Sauthempton" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Real Valyadolid" klubundan Məhəmməd Salisunu transfer edib. Qanalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

 

"Müqəddəslər" bu keçid üçün La Liqa klubuna 12 milyon avro təzminat ödəyib.

 

21 yaşlı 2017-ci ildən Madrid klubunda çıxış edirdi. Salisu ötən mövsüm keçirdiyi 32 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Tarix: 13 Avqust 2020 / 17:56
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Sentyabr 2020
26  DekabrSentyabr 2017