Edeqor "Real"a qayıtdı

"Real Sosyedad"da ötən mövsümü icarə əsasında keçirən Martin Edeqoru müqavilə ilə məxsus olduğu "Real"a qayıdıb.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, "kral klubu" Norveç millisinin üzvünü bu mövsüm icarəyə vermək istəmir. Komandanın baş məşqçisi Zinəddin Zidan 21 yaşlı yarımmüdafiəçini Luka Modriçin əvəzləyicisi kimi görür.

 

"Real" Edeqoru 2015-ci ildə transfer edib. Gənc futbolçu daha öncə Niderlandın "Herenven" və "Vitess" klublarına icarəyə verilmişdi. O, ötən mövsüm "Real Sosyedad"da keçirdiyi 36 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.

Tarix: 13 Avqust 2020 / 23:32
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Sentyabr 2020
26  DekabrSentyabr 2017