"Sabah" millinin üzvü ilə müqavilə imzaladı

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu gənc hücumçu Kamran Quliyevlə müqavilə bağlayıb. 20 yaşlı forvardla sözləşmənin detalları barədə məlumat yoxdur.

 

"Qəbələ"nin yetirməsi olan Quliyev son olaraq Litvanın "Jonava "klubunda çıxış edib. O, Azərbaycan U-17 və U-19 millilərinin formasını geyinib.

Tarix: 26 Sentyabr 2020 / 20:45
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Oktyabr 2020
26  DekabrOktyabr 2017