"Qarabağ"ın rəqibindən xal itkisi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” İsrail çempionatında növbəti matçına çıxıb. Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi V turda doğma meydanda “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu mövsüm 3 oyun keçirmiş “Makkabi” bu nəticədən sonra 2 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

“Qarabağ” qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də olacaq. 

Tarix: 26 Oktyabr 2020 / 10:25
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

1 Dekabr 2020
30  DekabrNoyabr 2017