25-ci səfər qələbəsi

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25-ci səfər qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, bu, VII turun “Sabah”la qarşılaşmasına təsadüf edib. Ayxan Abbasovun komandası “Bank Respublika Arena”da 2:1 hesabı ilə qalib gəlib. Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevinib. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komanda olub.

Öz meydanında uduzan “Sabah” isə 15-ci ev məğlubiyyətini alıb. Bu, 26-cı görüşə təsadüf edib. Bakılılar evdə 6 qələbə qazanıb və 5 dəfə heç-heçəylə kifayətlənib.

“Sumqayıt” 2011/12, “Sabah” 2018/19 mövsümündən Premyer Liqada mübarizə aparır.

Tarix: 26 Oktyabr 2020 / 10:51
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

5 Dekabr 2020
4  DekabrDekabr 2017