Azərbaycan Premyer Liqasının ən gənc komandası

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında bu mövsüm meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında geridə qalan 6 tura əsasən ən gənc komanda "Sumqayıt"dı.

"Kimyaçılar"da orta yaş həddi 25,6 olub. "Zirə" (25,9) 2-ci, "Qəbələ" (26,3) 3-cü, "Səbail" (26,3) 4-cü, "Neftçi" (26,4) 5-ci, "Qarabağ" (27) 6-cı, "Keşlə" (27,5) 7-ci, "Sabah" (27,6) isə 8-cidi.

Azərbaycan Premyer Liqasının V turundakı "Qarabağ" - "Səbail" matçı təxirə salındığı üçün hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.

Tarix: 26 Oktyabr 2020 / 15:07
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

5 Dekabr 2020
4  DekabrDekabr 2017