"Zirə"nin tarixinə düşdü

“Zirə”nin futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasında debüt edib.

O, VII turun “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Sportal.az xəbər verir ki, start heyətində şans qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.

Cəlal “Zirə”nin tarixində Premyer Liqada meydana çıxan ən gənc futbolçudu. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər rekord 19 yaş 4 ay 12 günlüyündə Premyer Liqa görüşündə iştirak edən Rafael Məhərrəmliyə məxsus idi.

Bunadək Azərbaycan kubokunda forma geyinmiş Hüseynov klub tarixinin mütləq rekordçudu. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.

Tarix: 26 Oktyabr 2020 / 15:57
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

1 Dekabr 2020
30  DekabrNoyabr 2017