Donnarumma və yeni transfer koronavirusa yoluxdu

"Milan"ın qapıçısı Canluici Donnarumma və yeni transfer olunan hücumçu Yens Petter Hauqe koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Donnarumma və Hauqedən əlavə, komandanın adı açıqlanmayan 3 nümayəndəsindən də götürülən test nümunələrinin cavablarının müsbət çıxdığı bildirilib.

Sözügedə futbolçuların artıq karantinə alındığı qeyd olunub.

Tarix: 26 Oktyabr 2020 / 17:29
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

5 Dekabr 2020
4  DekabrDekabr 2017