Riçard Almeyda: "Təcrübəmlə "Zirə"yə kömək edə biləcəm"

“Zirə”nin yeni transferi Riçard Almeyda paytaxt təmsilçisinə keçidi barədə danışıb.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdu. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".

Almeyda 2017-ci ildən Azərbaycan millisində oynayır. O, 2011-2018 və 2019/2020-ci illərdə “Qarabağ”da çıxış edib. 

Tarix: 26 Oktyabr 2020 / 18:00
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

1 Dekabr 2020
30  DekabrNoyabr 2017