İsko Zidandan narazıdı

"Real"ın futbolçusu İsko baş məşqçi Zİnədin Zidandan narazıdı. 28 yaşlı yarımmüdafiəçi fransalı mütəxəssisin onu kifayət qədər oynatmadığını düşünür.

İsko bununla bağlı "Goal"a bildirib:

"Zidan məni əvəzləmək istəyəndə bunu 50 və ya 60-cı dəqiqələrdə edir. Bəzən hətta fasilədə. Yox, əgər sonradan meydana daxil olacağamsa, bu, 80-ci dəqiqədən sonra baş verir".

İsko bu mövsüm "Real"ın heyətində 4 matçda 148 dəqiqə meydanda olub. O, 2013-cü ildən Madrid klubunun formasını geyinir.

Tarix: 26 Oktyabr 2020 / 18:18
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

1 Dekabr 2020
30  DekabrNoyabr 2017