"Qarabağ"la matç ən vacib oyunumuz olacaq" - "Makkabi"nin futbolçusu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi "Makkabi"nin (Tel-Əviv) futbolçusu Yonatan Kohen açıqlama verib.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilə matçı ən vacib görüş adlandırıb:

"Cümə axşamı bizim ən vacib oyunumuz olacaq. Qələbə bizi 10 xala, bəlkə də Avropa Liqasında növbəti mərhələyə yüksəldəcək. Bu, komandadakı bir neçə futbolçu üçün böyük bir an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".

"Qarabağ" - "Makkabi" görüşü dekabrın 3-də İstanbulun "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.

Tarix: 30 Noyabr 2020 / 10:51
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

19 Yanvar 2021
18  DekabrYanvar 2017