Zubir 100-ü yarıladı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib. Yarımmüdafiəçi yubileyini “Səbail”lə XI turun səfər matçında (1:1) qeyd edib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. 

Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.

Tarix: 1 Dekabr 2020 / 16:48
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

19 Yanvar 2021
18  DekabrYanvar 2017