ÇL-də həftənin ən yaxşısı

Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Çelsi"nin hücumçusu Olivye Jiru bu ada layiq görülüb. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Başakşəhər"dən İrfan Kahveci, "Zalsburq"dan Merqim Beriş və "İnter"dən Rumelu Lukakunu qabaqlayıb.

Jiru "Sevilya"ya 4:0 hesabı ilə qalib gəldikləri matçda komandasının bütün qollarının müəllifi olub.

Tarix: 4 Dekabr 2020 / 15:55
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 Yanvar 2021
23  DekabrYanvar 2017