"Çelsi" futbolçusunu Türkiyə klubuna icarəyə verdi

Türkiyənin "Kasımpaşa" klubu İngiltərə təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Denni Drinkuoteri icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü mövsümün sonuna qədər İstanbul təmsilçisində çıxış edəcək.

 

30 yaşlı oyunçu "Lester Siti" ilə 2017-ci ildə Premyer Liqa çempionu olub. O, həmin il 38 milyon avro qarşılığında "tülkülər"dən "Çelsi"yə keçib.

Tarix: 18 Yanvar 2021 / 17:17
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

4 Mart 2021
3  DekabrMart 2017