"Səbail"də gürcüstanlı hücumçu

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.  

 

Sportal.az xəbər verir ki, “dənizçilər” Gürcüstanın “Samtrediya” klubunun futbolçusu Luka İmnadzeni rənglərinə bağlayıb. 23 yaşlı hücumçu ilə 6 ay + 1 illik sözləşmə imzalanıb.

 

Gürcüstanlı futbolçu ötən gün yeni komandasının düşərgəsinə qoşulub və axşam məşqində iştirak edib.

 

İmnadze karyerası ərzində “Guria”, “Saburtalo”, “Kolxeti Poti” və “Rustavi” kimi komandalarda forma geyinib.

Tarix: 19 Yanvar 2021 / 12:12
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

3  DekabrMart 2017