“Keşlə”nin Meza Kolli düyünü

Rumıniyanın “Arçeş” klubunun yarımmüdafiəçisi Derlis Meza Kollinin “Keşlə”yə keçidi baş tutmayıb.  

 

Sportal.az xəbər verir ki, paytaxt klubu futbolçu ilə razılıq əldə etsə də, məxsus olduğu klubla ortaq məxrəcə gələ bilməyib. Rumıniya klubu futbolçusunu sərbəst buraxmaq üçün “Keşlə”dən təzminat istəyib. Bakı təmsilçisi isə 32 yaşlı yarımmüdafiəçini azad agent olaraq heyətinə qatmaqda maraqlı olub.

 

Derlis Meza Kolli Azərbaycanda “İnter”, “Qəbələ” və “Neftçi”də çıxış edib. O, hazırda “Keşlə”də oynayan Sezar Meza Kollinin qardaşıdır

Tarix: 19 Yanvar 2021 / 13:25
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

3  DekabrMart 2017