Adı "Neftçi" ilə hallanan futbolçu həbs olundu

Albaniyanın "Partizani" klubundan ayrılan Teofilus Solomon ölkəsi Nigeriyada həbs olunub.

 

Sportal.az xəbər verir ki, "Panorama Sport"a istinadən xəbər verir ki, buna 25 yaşlı forvardın küçədə sevgilisi ilə mübahisə etməsi və onu döyməsi səbəb olub. Afrikalı forvard həmçinin 300 000 avro məbləğində cərimələnib.

 

Bir neçə gündür həbsxanada olan oyunçu apellyasiya şikayəti verib. Məhkəmə Solomonun şikayətini qismən təmin edib. Futbolçu təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.

 

Teofilus Solomonun adı qış fasiləsində "Neftçi" ilə hallanırdı.

Tarix: 3 Mart 2021 / 13:43
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

20 Aprel 2021
19  DekabrAprel 2017