“Neftçi” “Qarabağ”ı öz meydanında qəbul etməyəcək

“Neftçi”nin Azərbaycan Premyer Liqasında “Keşlə”yə qarşı oyunları ilə bağlı dəyişiklik edilib. “Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında III dövrənin XIX turunun oyunu “Neftçi” – “Keşlə”, IV dövrənin XXV turunun görüşü isə “Keşlə” – “Neftçi” olacaq.

 

“Bakcell Arena”aparılacaq təmir işləri nə ilə bağlıdı? Daha hansı oyunların yeri dəyişdirilə bilər?

 

Sportal.az xəbər verir ki, “Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allehverdiyev “FutbolPress”ə bildirdi:

 

“Məlumdu ki, Türkiyə yığması AVRO-2020-də qrup oyunlarını Bakıda keçirəcək. Onlar hazırlıq prosesi üçün “Bakcell Arena”nı seçiblər. Bu səbəbdən stadion aprelin axırı, mayın əvvəlində təmirə bağlanacaq. Həm ot örtüyü, həm də ümumən infrastruktur baxımından yenidənqurma işlərinə ehtiyac var.

 

“Keşlə” ilə IV dövrənin oyunu mayda keçirilməli idi. Onlarla razılığa gəlib matçların yerini dəyişdik. Mayda daha bir ev oyunumuz “Qarabağ”a qarşı olacaq. Bununla bağlı da belə dəyişiklik etmək istəyirdik, sadəcə bizim də gec xəbərimiz oldu və alınmadı. “Qarabağ”la son tur oyunu böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək”.

Tarix: 3 Mart 2021 / 15:34
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

20 Aprel 2021
19  DekabrAprel 2017