“Neftçi” – “Sabah” matçında stadionun işıqları söndü

Premyer Liqanın 18-ci turunda keçirilən “Neftçi” – “Sabah” oyununda problem yaranıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 26-cı dəqiqəsində matçın keçirildiyi 8-ci km stadionunun işıqları sönüb.

 

Bu səbəbdən qarşılaşmada fasilə yaranıb. Bundan təxminən 6 dəqiqə sonra arenanın öz generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.

Tarix: 3 Mart 2021 / 18:57
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

20 Aprel 2021
19  DekabrAprel 2017