Samir Abasov: "Zirə"yə məğlubiyyətdən sonra təzyiqlər oldu"

“Neftçi”nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 18-ci turunda “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

"Oyuna çıxanda futbolçulara dedim ki, rəqibin hazırkı vəziyyətini görüb arxayınlaşmayın. Görüşün gərgin olacağı məlum idi. "Zirə"yə məğlubiyyətdən sonra təzyiqlər oldu. Amma bu gün qazandığımız qələbə yerinə düşdü. Komanda müdafiəyə diqqət yetirirdi, oyunda bəzi dəyişikliklər etdik. Əhməd Əhmədov təzə oyunçudur, eyni zamanda zədəli formada görüşə çıxmışdı. İndi fikrimizi gələn tur keçiriləcək "Keşlə" ilə oyuna kökləmişik. Ümumiyyətlə, futbolçular istəklidir, hər oyuna qələbə qazanmaq üçün çıxırıq".

Tarix: 3 Mart 2021 / 21:24
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

20 Aprel 2021
19  DekabrAprel 2017