Millinin yekun heyəti

Martın 4-də Bakı İdman Sarayında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyununa çıxacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela martın 3-də komandaya qoşulub.

 

Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə qapıçılar - Rövşən Hüseynli, Cavad Məmmədov, oyunçular - Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Ahmadi və Eduardo Borges xidmətlərindən istifadə edəcək.

Tarix: 3 Mart 2021 / 23:54
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

20 Aprel 2021
19  DekabrAprel 2017