31 futbolçu haqqında "qış nağılı"

1 poker, 1 het-trik, 2 dubl

 

2015/16 mövsümünü qeyri sabit baslayan “Qəbələ”nin əvəzedici heyəti qış fasiləsinə doğru futbol ictimaiyyətini yaxşı mənada təccübləndirməyi bacardı.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv axırıncı pillədə getməsinə baxmayaraq, ardıcıl 10 qələbə qazanaraq, “qış çempionu” oldu. Bu yerdə sözü statistikaya verib, futbolçuların meydançadakı fəaliyyətini oxucularımıza “rəqəmlərin dili” ilə çatdırmağa çalısacağıq.

 

Ehtiram - nömrə 1!

Baş məşqçi Ramin Quliyev cari mövsümün 2 dövrəsində 31 futbolçunun xidmətindən yararlanıb. Onlardan 7-si – Vüqar Nadirov, David Pietrzkieviç, George Floresku, Asif Məmmədov, Andrey Popoviç, Qismət Alıyev və Vaqif Cavadov əsas komandanın üzvü olub. Potensialını bu ildə də göstərməyi bacaran Ehtiram Şahverdiyev 2 göstəricidə bütün komanda yoldaşlarını qabaqlayır. 19 yaşlı hücumçu arxada qalan 2 dövrədə “Qəbələ”nin heyətində ən çox qol vuran (12 qol) və ən çox oynayan futbolçudur. Doğrudur, Ehtiram kimi Şamil Camaləddinov da 17 matçda forma geyinib. Lakin Camaləddinov ümumi vaxta görə Şahverdiyevdən 109 dəqiqə geridə qalır.

 

1 poker, 1 het-trik, 2 dubl

Yeri gəlmişkən, Ehtiram həm də mövsümün yeganə pokerinin müəllifi dir. O, IX turda “Zirə” ilə görüşdə 4 qol vurub. Həmin matçda “Qəbələ”nin daha bir “vuran ayağı” Ramil Həsənov het-trikə imza atıb. Qış fasiləsinə qədər 7 dəfə fərqlənən Ramil ötən mövsümdəki göstəricisini təkrarlayıb. Komandamızın 2 futbolçusu - Vəzir Musayevlə Vüqar Nadirov isə dubl rəsmiləşdiriblər.

 

“Qırmızı-qaralar”ın ən intizamsız oyunçusu kapitan Murad Musayevdir: 2 qırmızı, 3 sarı vərəqə. O, iki dövrədə qırmızı vərəqə göstərilən yeganə futbolçumuzdur. Sarı vərəqələrin sayına görə isə, Emin Zamanov fərqlənir. Onu hətta yarızarafat, yarıciddi “sarı vərəqə həvəskarı” da adlandırmaq olar. 18 yaşlı yarımmüdafiəçi forma geyindiyi 15 matçın 7-ni “sarı” ilə bitirib.

 

Qeyd etdiyimiz kimi, “Qəbələ”nin yeganə avtoqolunun müəllifi Murad Musayevdir. Futbolçu XI turda “Kəpəz”lə görüşdə qapıların yerini səhv salsa da, qolu nəticəyə təsir göstərməyib (4:1). Təsəlli ola biləcək amillərdən biri də odur ki, çempionatda öz qapılarına qol vuran çox olub. Məsələn, “Xəzər Lənkəran”dan Yunis Həsənov (4:0-da 2-ci qol) və “Rəvan”dan Aydın Bayramov (1:0-da yeganə qol) avtoqol müəllifi olmaqla, komandamızın işinə yarayıblar. Maraqlıdır ki, Murad 2015/16 mövsümündə həm qırmızı vərəqənin, həm reallaşmayan penaltinin, həm avtoqolun, həm də kapitanlığın dadını çıxarıb.

 

Dəqiqlik 75 faizdir

Hakimlər “Qəbələ”nin lehinə 4 dəfə penalti qərarı veriblər. Murad Musayevi çıxmaq şərtilə, Emin Zamanov və Ehtiram Şahverdiyev (2 dəfə) 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetiriblər. Komandamızın qapısına təyin edilən 3 penaltidən isə 2-si qola çevrilib. Murad haqqında daha bir məqam. Bu ucaboylu futbolçu 15 dəfə, yəni çıxış etdiyi bütün oyunlarda kapitan sarğısını daşıyıb. Onun yoxluğunda, başqa sözlə, cəmi, 3 dəfə məşqçilər korpusu kapitanlığı Vəzir Musayevə həvalə edib.

 

Elnura nə mane oldu?

18 oyunda “Qəbələ”nin qapısı 4 futbolçuya - Elnur Orucov, Həsən Hüseynov, Andrey Popoviç və David Pietrzkieviçə tapşırılıb. Bunların arasında ən etibarlısı Elnur ola bilərdi. Di gəl ki, 8 oyuna 5 top buraxan Orucov qış fasiləsinə 2 tur qalmış evdə “Neftçi”nin 4 dəfə fərqlənməsinə mane ola bilməyib. Ən yaxşı göstəricilər isə Pietrzkieviç (5 oyuna 3 qol) və Hüseynova (5 oyuna 4 top) məxsusdur. Popoviç isə əvəzedicilərin yarışında da özünəxas şəkildə “fərqlənib” - 3 matça 4 qol.

 

Mövsümün rekordları

Əvəzedicilər IX turda “Zirə” üzərində qazandığı 8:1 hesablı zəfər mövsümün ən böyük hesablı qələbəsi sayılır. Bundan başqa, “Qəbələ” ardıcıl 10 tur qalib gəlməklə, ən uzun qələbə seriyasına imza atıb. 18 oyuna 36 xal toplayan komandanın heç-heçəni qətiyyən sevmədiyi də məlum olub (12 qələbə, 6 məğlubiyyət).

 

Say Futbolçu Oyun (dəqiqə) Qol Vərəqə Sarı Qırmızı

1 Ehtiram Sahverdiyev 17 (1431) 12 1 0
2 Emin Zamanov 15 (1350) 1 7 0
3 Samil Camaləddinov 17 (1322) 2 0 0
4 Murad Musayev 15 (1291) 0 3 2
5 Bəhlul Mustafazadə‑ 14 (1155) 1 1 0
6 Roman Hüseynov 15 (1146) 2 1 0
7 Yusif Nəbiyev 11 (931) 0 2 0
8 Ramil Hüseynov 16 (875) 7 2 0
9 Vəzir Musayev 10 (725) 2 2 0
10 Elnur Orucov 9 (720) -9 2 0
11 Vüqar Nadirov 8 (663) 3 0 0
12 Ülvi Ibazadə‑ 11 (609) 1 1 0
13 Amin Seydiyev 9 (603) 0 1 0
14 Sahil Mirzəyev 8 (608) 0 4 0
15 Vadim Abdullayev 7 (495) 0 2 0
16 Baxşəli Baxşəliyev 7 (466) 1 1 0
17 H‑əsən Hüseynov 5 (450) -4 1 0
18 Ayxan Əsədov 6 (391) 1 2 0
19 Ülvi Isgəndərov 10 (356) 1 0 0
20 Tural Məmmərzəyev 7 (340) 1 2 0
21 David Pietrzkieviç 5 (315) -3 0 0
22 Yusif Dilanov 8 (307) 0 1 0
23 George Floresku 4 (270) 0 1 0
24 Asif Məmmədov 3 (233) 0 1 0
25 Rövlan Muradov 13 (208) 1 0 0
26 Qismət Alıyev 4 (180) 0 1 0
27 Andrey Popoviç 3 (135) -4 0 0
28 Muxtar Əliyev 8 (91) 1 0 0
29 Hacıaga Hacılı 2 (52) 0 0 0
30 Vaqif Cavadov 1 (45) 0 0 0
31 Mirəli Məmmədzadə 1 (9) 0 0 0

 

"Qəbələ İK" qəzeti

Tarix: 21 Yanvar 2016 / 13:09
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

12 Dekabr 2018
11  DekabrDekabr 2017