"Keşlə" tarixinin ən uğursuz göstəricisi

“Keşlə” tarixinin antirekorduna imza atıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu bunu Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə uduzan Mladen Milinkoviçin yetirmələri startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.

 

1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adını daşıyan “Keşlə” ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/13 və 2013/14 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.

 

Cari mövsümdə ilk 4 qarşılaşmada cəmi 1 xal qazanan “Keşlə” həm də bu göstəricidə antirekordla üzləşib. Bu, komandanın tarixində ən zəif nəticədir. 1999/2000 və 2013/14 mövsümlərində ilk 4 oyunda 3 xal qazanan bakılılar bundan da zəif start götürüb.

 

Qeyd edək ki, “Keşlə” cari mövsümdə “Sabah”a 0:1, “Səbail”ə 1:2, “Neftçi”yə 0:2 hesabı ilə uduzub, “Zirə” ilə heç-heçə edib – 2:2.

Tarix: 17 Sentyabr [14:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio