"Qarabağ"ın rəqibinin qələbəsi VİDEO

15:18 - 17 Sentyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" Portuqaliya Liqa kubokunda ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, D qrupunda mübarizə aparan Lissabon təmsilçisi "Maritimu"nu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Rafinya və Bruno Fernandes (2) fərqləniblər.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında sentyabrın 20-də səfərdə "Sportinq"lə qarşılaşacaq.

 

Xəbər xətti