"Qəbələ"nin legioneri 100-ə çatdı

Topaz Premyer Liqasının IV turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, ukraynalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 35 yaşlı qapıçı “100”ə “Sabah”la səfər görüşündə (0:1) çatıb. Ölkəmizdə 5-ci mövsümünü keçirən qolkiper bu oyunların hamısını “Qəbələ”də keçirib və 69 qol buraxıb.

 

2015-ci ilin əvvəlindən "qırmızı-qaralar"da çıxış edən ukraynalı 2014/15 mövsümündə 15 (7 qol buraxıb), 2015/16 mövsümündə 28 (16 qol buraxıb), 2016/17 mövsümündə 27 (19 qol buraxıb), 2017/18 mövsümündə 26 (23 qol buraxıb), cari çempionatda isə 4 dəfə (4 qol buraxıb) meydana çıxıb.

 

Dmitri “Qəbələ”nin heyətində Premyer Liqada ən çox oyun keçirən 4-cü futbolçudur. Onadək Ürfan Abbasov (156 oyun), Dodo (131 oyun) və Viktor Mendi (112 oyun) 100 oyun səddini arxada qoyub.

 

Xatırladaq ki, Bezotosnı “Qəbələ”də və Premyer Liqada 2015-ci il fevralın 1-də “Bakı” ilə səfər matçında (2:0) debüt edib.

Tarix: 17 Sentyabr [15:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio