Ukrayna mətbuatı Marko Deviçdən yazdı

15:59 - 17 Sentyabr 2018

Mövsümə fırtına kimi başlayan "Sabah"ın ulduzu Marko Deviç barədə Ukrayna mətbuatı xoş məqamlar qeyd edib.

 

Sportal.az xəbər verir ki, "Obozrevatel" nəşri 35 yaşlı hücumçunun Topaz Premyer Liqasında bombardir olmasını və əvvəlki günlərini xatırlatdığını qeyd edib:

 

"Deviç təqaüdə sakit getməyə hazırlaşmır və yenə əvvəlki günlərini xatırladır. Düzdür, Ukraynada Deviçi çoxdan siyahıdan siliblər. "Metallist"dəki əla karyeradan sonra az-çox "Rubin"də oynadı. Bundan sonra isə Qətər, Lixtenşteyn və Rusiya çempionatlarında itib-batdı. Son olaraq isə Azərbaycanda "Sabah"a keçdi. Ancaq Serbiya əsilli ukraynalı bu komandada oynayır, yola vermir. Hazırda onun ehtiyatında 4 oyundan sonra 5 qol var".

 

Qeyd edək ki, mövsümün əvvəlində "Sabah"a transfer olunan Ukrayna millisinin sabiq üzvü 4 turdan sonra 5 qolla bombardirlər siyahısına başçılıq edir.

Xəbər xətti