“Keşlə”nin futbolçusu 100-ü yarıladı

Slavik Alxasov “Keşlə”nin heyətində 50-ci çempionat oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, müdafiəçinin yubileyi “Neftçi” ilə Topaz Premyer Liqasının 4-cü turuna təsadüf edib. 2016-cı ildən indiki klubunda çıxış edən Alxasov 50 görüşdə 6 qol sevinci yaşayıb.

 

O, 2016/17 mövsümündə 18 qarşılaşmada 1, ötən çempionatda isə 28 matçda 4 dəfə rəqib qapısına yol tapıb. 25 yaşlı futbolçu cari mövsümün 4 görüşündə də 1 dəfə fərqlənib.

 

Alxasov 1999-cu ildən çempionatın yüksək dəstəsində çıxış edən klubun tarixində 50 və daha çox oyun keçirən 42-ci futbolçudur.

Tarix: 17 Sentyabr [16:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio