"Qarabağ" üçün penalti təyin etməyən hakim

17:18 - 17 Sentyabr 2018

Avropa Liqasının E qrupunda "Qarabağ"ın "Sportinq"lə səfər matçını idarə edəcək Fransua Letexye karyerası ərzində ilk dəfə təmsilçilərimizin oyununa təyinat alır.

 

Sportal.az xəbər verir ki, fransalı fit sahibinin beynəlxalq təcrübəsi zəifdir. O, 11 dəfə beynəlxalq matçlara təyinat alıb. 29 yaşlı gənc hakim bu oyunlarda heç vaxt penalti təyin etməyib. Letexye daha çox əlini cibinə atmağı xoşlayır. 11 oyunda 48 dəfə futbolçulara sarı vərəq göstərən referi, 3 dəfə oyunçuları meydandan qovub. Fransua hər oyuna orta hesabla 4,36 dəfə sarı vərəqə göstərir.

 

Fransalı FIFA referisi bu mövsüm avrokuboklarda 2 oyun idarə edib.

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrən 20-də, Bakı vaxtı ilə saat 20-00-da başlayacaq.

Xəbər xətti