"Yuventus"un futbolçusunu ağır cəza gözləyir - rəqibin üzünə tüpürdüyü üçün

“Yuventus”un futbolçusu Duqlas Kosta "Sassuolo" ilə oyunda rəqib futbolçu Di Françeskoya qarşı ədəbsiz hərəkətiylə yadda qaldı.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü 90+1-ci dəqiqədə rəbini kəllə ilə vuraraq, sarı vərəqə alıb. Bundan 2 dəqiqə sonra Kosta Di Françesko ilə dialoq zamanı onun üzünə tüpürüb. Onun bu ədəbsiz hərəkəti VAR-ın köməkliyi ilə baş hakimə çatıdırılıb. Hakim də 28 yaşlı futbolçuya qırmızı vərəqə göstərərək, meydandan qovub.

 

Bu hərəkətə görə, Kostanı 3-5 oyunluq cəza gözləyir.

Tarix: 17 Sentyabr [17:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio