Ronaldo: "İtaliya futboluna adaptastiya oluram"

İtaliya A Seriyasının IV turunda "Sassuolo" ilə matçda dubl edərək, "Yuventus"da qol hesabını açan Kriştiano Ronaldo fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı ulduz bu qollarla üzərindən təzyiqi az da olsa, atdığını deyib: "Çox şadam. Bu forma ilə qol vurmağı çox arzu edirdim və nəhayət, buna müəssər oldum. Futbolda ən vacibi komandanın qələbəsidir. İlk 3 turda qol vurmadığım üçün bir az gərgin idim, amma komanda yoldaşlarım mənə dəstək oldular. İtaliya futboluna adaptastiya oluram".

 

Qeyd edək ki, Ronaldo yayda 100 milyon avro qarşılığında "Real"dan "Yuventus"a keçib.

Tarix: 18 Sentyabr [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio