AFFA cəzaları açıqladı

13:27 - 18 Sentyabr 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ” - “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

 

Premyer Liqanın 4-cü turunun “Səbail” - “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

“Səbail” - “Zirə” matçında “Zirə”nin heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. “Zirə” komandası protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə oyunun nəticəsi ləğv edilir, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

Premyer Liqanın 4-cü turunun “Sabah” - “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

I Divizionun 3-cü turunun “Turan Tovuz” - MOİK matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun 3-cü turunun “Qaradağ Lökbatan” - “Keşlə-2” matçının 42-ci dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun 3-cü turunun “Sabah-2” - “Zaqatala” matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 45+1-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Xəbər xətti