"Qarabağ"ın son məşqinin və mətbuat konfransının vaxtı açıqlandı

14:55 - 18 Sentyabr 2018

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun oyunöncəsi açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb.

 

Sentyabrın 19-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 21:30-da media mənsublarının önünə çıxacaq. 

 

Bakı vaxtı ilə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda komandanın son məşqi baş tutacaq.

Xəbər xətti