Çempionlar Liqasında qrup mərhələsinə start verildi

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun baş tutub.
 
Son finalçı "Liverpul" doğma meydanında PSJ ilə münasibətlərə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin 3-2 hesablı qələbəsiylə başa çatıb. "Barselona" PSV-ni 4-0, "İnter" "Tottenhem"i -2-1, "Qaltasaray" "Lokomotiv"i 3-0 hesabı ilə məğlub edib.

 
18 sentyabr
Çempionlar Liqası, I tur

 

A qrupu
 
"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) – 0:1
Qol:
Kristian Pulişiç, 85

 

"Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) – 1:2
Qollar:
Samuel Qrandsir, 18 - Dieqo Kosta, 32, Xose Ximenes, 45+1 
 
B qrupu
 

"Barselona" (İspaniya) – PSV (Hollandiya) – 4:0
Qollar
: Lionel Messi, 32, 77, 87, Usman Dembele, 75
Qırmızı vərəqə: Samuel Umtiti, 79 ("Barselona")

 

"İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) – 2:1
Qollar:
Mauro İkardi, 86, Matias Vesino, 90+3 - Kristian Eriksen, 53
 
C qrupu

 

"Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) – 0:0

 

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) – 3:2
Qollar:
Daniel Starric, 30, Ceyms Milner, 36, (pen.), Roberto Firmino, 90+2 – Tomas Münye, 40, Kilian Mbappe, 83

 

D qrupu
 

"Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) – 1:1
Qollar:
Bril Embolo, 64 – Otavio, 75 (pen.)
Qeyri-dəqiq penalti: Aleks Telles, 13 (“Portu”)

 

"Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) – 3:0
Qollar:
Qarri Rodriqes, 9, Eren Derdiyok, 67, Səlçuk İnan, 90+4 (pen.)
Qırmızı vərəqə: Badu Ndiaye, (“Qaltasaray”)

Tarix: 19 Sentyabr [00:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio