"Sportinq"in ulduzu: "Qarabağ"ın "Atletiko"ya nələr yaşatdığını bilirik"

"Qarabağ"dan yaxşı oyun gözləyirik. Baxmayaraq ki, rəqibimizin adı böyük deyil, amma problem yaşada bilən komandadır".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sportinq"in ulduzu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə deyib. "Record"a danışan 24 yaşlı yarımmüdafiəçi  qarşılaşmanın çətin keçəcəyini deyib: "Əlbəttə, bizdən gözləntilər böyükdür. Lakin "Qarabağ"ın "Atletiko"ya nələr yaşatdığını bilirik. Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm, amma fikrimcə, zəfər bizim olacaq və Avropa Liqasına 3 xalla başlayacağıq".

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

Tarix: 19 Sentyabr [13:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio