Rəqibinin üzünə tüpürən futbolçu cəzalandı

“Yuventus”un futbolçusu Duqlas Kosta "Sassuolo" ilə oyunda rəqib futbolçu Di Françeskonun üzünə tüpürdüyü üçün sərt cəzalanıb.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü 4 oyunluq cəzalanıb.

 

Kosta qarşılaşma zamanı Di Françeskoya dirsəklə, sonra təpiklə və kəllə ilə vurub. Braziliyalı vinqer son saniyələrdə italiyalı futbolçu ilə dialoq zamanı onun üzünə tüprüb. 29 yaşlı futbolçu açıqlamasında üzr istəsə də, Di Françeskonun ona qarşı xoş sözlər demədiyi üçün bu addımı atdığını deyib.

Tarix: 19 Sentyabr [13:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio