"Zirə"nin "Neftçi" üstünlüyü

Bu həftə Topaz Premyer Liqasında V turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Sentyabrın 22-də baş tutacaq qarşılaşma komandalar arasında ölkə çempionatlarında 13-cü duel olacaq. İndiyədək baş tutan 12 görüşdə “Zirə”nin böyük üstünlüyü var. 8 qələbə qazanan “qartallar” 3 dəfə heç-heçə edib və yalnız 1 matçda uduzub. Texniki nəticənin nəzərə alınmadığı top fərqində də bu üstünlük əksini tapıb – 15:7.

 

Bu matçlarda “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diesdir (Tato). Onun hesabında 3 qol var. Nelson Bonilya və Riçard Qadze hərəyə 2 dəfə fərqlənib. “Neftçi”nin qapısına qol vuran digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənibsə, 1 dəfə də rəqib avtoqola üzülüb.

 

“Mavi-qırmızılar” Premyer Liqa çərçivəsində 7-ci dəfə bu rəqibi qonaq edəcək. İndiyədək evdə 6 dəfə meydana çıxan "qartallar" 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qol vurduğu görüşlərdə qonaqlar 3 dəfə fərqlənib.

 

2015/16 mövsümü

03.10.2015. Premyer Liqa. Zirə - Neftçi - 2:0

İqor İvanoviç, 19; Nelson Bonilla, 71

 

06.12.2015. Premyer Liqa. Neftçi - Zirə - 1:1

Ruslan Qurbanov, 10 // Luis Alberto Diez, 4

 

27.02.2016. Premyer Liqa. Zirə - Neftçi - 3:0

Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:0

 

2016/17 mövsümü

14.08.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:1

Vüqar Mustafayev, 43

 

16.10.2016. Premyer Liqa. Zirə - Neftçi - 2:0

Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

 

05.03.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2

Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

 

23.04.2017. Premyer Liqa. Zirə - Neftçi - +:-

 

2017/18 mövsümü

16.09.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2

Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

 

05.11.2017. Premyer Liqa. Zirə - Neftçi - 1:0

Riçard Qadze, 30

 

24.02.2018. Premyer Liqa. Neftçi - Zirə - 1:1

İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

 

15.04.2018. Premyer Liqa. Zirə - Neftçi - 0:3

Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

Tarix: 19 Sentyabr [16:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio