"Sportinq"in müdafiəçisi: "Favorit olduğumuzu düşünmürəm"

"İstənilən komanda hörmətə layiqdir. Bu oyunun formal xarakterli olduğunu desək, yanılmış olarıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Sportinq"in müdafiəçisi Sebastian Koates deyib. Uruqvay millisinin üzvü favorit olduqlarını düşünmür: "Müasir futbolda asan rəqib yoxdu. Sürprizlər hər an baş verir. Favorit olduğumuzu düşünmürəm. Öz oyunumuzu oynamalıyıq".

 

27 yaşlı futbolçu qalib gəlmək üçün mübarizə aparacaqlarını deyib: "Matça yaxşı hazırlaşmışıq. Qalib gəlmək istəyirik. Evimizdə turnirə 3 xalla başlamaq əla olardı".

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

Tarix: 19 Sentyabr [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio