"Qarabağ" - "Arsenal" oyununun biletləri satışa çıxarılır

“Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di.

 

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

 

Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall

 

Qeyd: Stadionun qapıları oyundan 3 saat öncə açılacaq.

Tarix: 20 Sentyabr [01:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio