"Vorskla"nın baş məşqçisi: "Qrupumuz Avropa Liqasının deyil, Çempionlar Liqasının səviyyəsinə uyğundur"

16:45 - 20 Sentyabr 2018

"Klubumuzun və Poltava şəhərinin adına layiqli çıxış etmək istəyirik". 

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsindəki "Qarabağ"ın rəqibi olan "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko deyib. 43 yaşlı mütəxəssis qrupda bu gün "Arsenal"a qarşı keçirəcəkləri görüş barədə danışıb:

 

"Arsenal" olduqca güclü komandadır. Bizim belə komanda ilə qarşılaşmağımız bizim üçün tarixi hadisədir. Güclü qrupdayıq və yaxşı təcrübə qazanacağıq. Qrupumuz Avropa Liqasının deyil, Çempionlar Liqasının səviyyəsinə uyğundur. Lakin komandamız yaxşı nəticələr qazanmaq üçün ən kiçik şansdan belə yararlanmağa çalışacaq".

 

Qeyd edək ki, qrupun digər oyununda "Sportinq" "Qarabağ"ı qəbul edəcək.

Xəbər xətti