Alleqri: "VAR sistemi olsaydı, hakimə kömək olacaqdı"

"Yuventus" Çempionlar Liqasının ilk matçında səfərdə "Yuventus"u 2-0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis ilk hissədə qırmızı vərəqə alan Kriştiano Ronaldonun epziodu ilə bağlı danışıb: "Çempionlar Liqasında VAR sistemi olsaydı, Kriştiano Ronaldonun epizodunda hakimə kömək olacaqdı. Bu şəkildə 10 nəfərlə qalmaq bizi məyus etdi. Matçda uduza da bilərdik. Növbəti oyunda Ronaldonun yoxluğu təsir edəcək".

 

Alleqri qarşılaşmanın çətin keçdiyini deyib: "10 nəfərlə qalandan sonra daha çətin oldu. "Valensiya" təzyiqi artırdı, amma soyuqqanlı oynadıq, müdafiədə diqqətli idik. Burada oynamaq asan deyildi".

Tarix: 20 Sentyabr [17:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio