Hakimlər Komitəsinin önəmli qərarı: Prinsipial matç əcnəbi hakimə həvalə edildi

19:12 - 20 Sentyabr 2018

Yunanıstan Super Liqasında baş tutacaq PAOK - AEK oyununu əcnəbi hakim idarə edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Hakimlər Komitəsi qərar verib. Belə ki, oktyabrın 23-də Salonikidə keçiriləcək oyunda finlandiyalı Mattias Qestranius ədalət təmsilçisi olacaq. Bununla da 40 yaşlı referi yarım əsr sonra Yunanıstanda fit çalacaq ilk hakim olacaq.

 

Qeyd edək ki, ötən il bu komandalar arasında baş tutan oyunda qalmaqal baş vermişdi. PAOK-un prezidenti İvan Savvidis oyun zamanı meydana silahla daxil olmuşdu. Təhlükəsizliyi nəzərə alan komitə belə qərar verib.

Xəbər xətti