Fernandeş: "Qola kimi "Qarabağ" bizimlə başabaş mübarizə apardı"

"Qola kimi rəqib bizimlə başabaş mübarizə apardı. "Qarabağ" yaxşı komandadır, topla oynamağı bacarır".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Brunu Fernandeş deyib.

 

24 yaşlı yarımmüdafiəçi ilk qoldan sonra işlərinin asanlaşdığını deyib: "İlk qoldan sonra bir az rahatlaşdıq. Hər zaman ilk oyunlar ağır olur. Qələbədən razıyıq. Qrupda bütün oyunlara qələbə üçün çıxacağıq. Yaxşı komandamız var. Hədəflərimizə çata bilərik".

 

Tarix: 21 Sentyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyun 2019
18  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio