"Evimizdə yaxşı futbol sərgilədik. Biz nəticədən məmnunuq, çalışmağa davam etməli, irəli baxmalıyıq".
Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Rodriqo Battalya deyib.
Argentina millisinin üzvü "Qarabağ"ın onlara çətinlik yaratdığını deyib: "Aşağı səviyyəli komandalar bura gələndə bizə bəzən çətin olur. Amma biz çoxlu cəhd etdik və qalib gəldik. Avropa Liqasında hədəfimiz hər oyunda qalib gəlmək və mümkün qədər irəli getməkdir".