Emeqara: "Sportinq"in qapıçısı düzgün mövqedə dayanmışdı"

13:35 - 21 Sentyabr 2018

"Ağır oyun oldu. Matçın ilk hissəsini yaxşı keçirdik. Güclü rəqibə uduzduq. "Sportinq"ə qarşı evdə yaxşı oynaya və onlara qalib gələ bilərik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu İnnosent Emeqara Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə uduzduqları oyundan sonra deyib. İsveçrəli forvard dəyərləndirməyi qol epizodlarından danışıb:

 

"Mənim bir neçə şansım oldu. İkinci hissədəki epizodum daha yaxşı idi. Ancaq rəqib qapıçı düzgün mövqeydə dayanmışdı. Növbəti oyunları düşünməliyik"

Xəbər xətti