Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər

15:09 - 21 Sentyabr 2018

Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Pyer-Emerik Obameyanq ("Arsenal), Ever Baneqa ("Sevilya"), Kay Havertz ("Bayer" Leverkuzen) və İzet Hayroviç ("Dinamo" Zaqreb) bu ad uğrunda mübarizə aparacaq.

 

Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Xəbər xətti