Aquero ilə müqavilə uzadıldı

15:16 - 21 Sentyabr 2018

"Mançester Siti"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" hücumçusu Serxio Aquero ilə müqavilə müddətini uzadıb. Argentina millisinin üzvü 2021-ci ilə qədər Mançester təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, 30 yaşlı forvard 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə transfer olub. 299 oyuna 204 qol vuran argentinalı klub tarixinin bombardiridir.

Xəbər xətti