Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

15:47 - 21 Sentyabr 2018

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona"nın ulduzu Lionel Messi bu ada layiq görülüb.

 

Messi Ceyms Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqbanı ("Mançester Yunayted") qabaqlayıb.

 

Qeyd edək ki, Messi qrup mərhələsinin ilk turunda PSV-yə 4:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.

Xəbər xətti