Dadaşov 90 dəqiqə oynadı, komandası darmadağına sevindi

12:04 - 22 Sentyabr 2018

Almaniya 3-cü Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Enerji Kotbus”la qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Rüfət 90 dəqiqə meydanda olub. 27 yaşlı hücumçu 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

Dadaşovun komandası 8 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti