Əfsanəvi futbolçu Bakıya gəlir

Braziliya millisinin heyətində 2 dəfə dünya çempionu olmuş Kafu Bakıya gələcək.

 

Sportal.az xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

 

O, 48 yaşlı sabiq müdafiəçinin sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcəyini bildirib. Kafunun mətbuat nümayəndələriylə görüşü də nəzərdə tutulub. 

 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub. O, sonuncu dəfə dünya kubokunu başı üzərinə Braziliya millisinin kapitanı kimi qaldırıb.

Tarix: 22 Sentyabr [14:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio